Venesuelada zəlzələ qurbanlarının sayı 5546 ya çatıb

25.07.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 5 546 nəfərə çatıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 16 740 nəfər yaralanıb, 17 907 sakin isə evsiz qalıb. 190 bina tamamilə dağılıb, daha 856-sı ciddi zədələnib.
 

Axtarış-xilasetmə əməliyyatı zamanı 6 462 nəfəri xilas etmək mümkün olub. 47 942 zərərçəkmiş tibbi yardım alıb, 128 324 ailəyə yardım göstərilib. Müvəqqəti düşərgələrdə 23 811 nəfər yerləşdirilib, zərərçəkənlərə 10 977,336 ton ərzaq çatdırılıb.


Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb. Təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra ötən günlər ərzində 1 000-dən çox afterşok qeydə alınıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью