Venesuelalı səfir Maduronun azadlığa buraxılacağına ümid edir

03.02.2026

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bolivar Respublikasının Rusiyadakı səfiri Xesus Salazar Velaskes, ABŞ məhkəməsi ədalətli olarsa, Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin gec-tez azadlığa buraxılacağına ümid etdiyini bildirdi.

Bizimyol.info xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verərkən deyib.

"Beynəlxalq hüquqa hörmət edilməlidir. ABŞ məhkəməsi ədalətlidirsə, prezident Nikolas Maduro və onun həyat yoldaşını gec-tez azadlığa buraxılmalıdır, çünki onu başqa bir ölkədə belə hər hansı bir məhkəmənin qurbanı edə biləcək heç bir ittiham yoxdur; bu, qanunsuzdur", - deyə diplomat qeyd edib.

3 yanvarda ABŞ prezidenti Donald Tramp Karakasda hərbi əməliyyat elan etib və nəticədə Maduro və həyat yoldaşı ABŞ qüvvələri tərəfindən ələ keçirilib. 5 yanvarda onlar Nyu-Yorkun Cənub Dairəsindəki federal məhkəmə qarşısına çıxarılıblar. Onlar narkotik qaçaqmalçılığında ittiham olunurlar. Maduro və həyat yoldaşı günahsız olduqlarını bildiriblər. Maduro dövründə icraçı vitse-prezident vəzifəsində çalışan Rodrigez Venesuelanın dövlət başçısı vəzifəsini icra edir. Tramp iddia etdi ki, ABŞ Venesuelaya müvəqqəti nəzarəti öz üzərinə götürəcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью