Venesuelanın müdafiə naziri: “Təslim olmayacağıq” VİDEO

03.01.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın hava zərbələri nəticəsində Venesuelanın müdafiə naziri Padrine Lopesin öldüyü barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
 

MÖVZU İLƏ BAĞLI: 

SON DƏQİQƏ! ABŞ hərbçiləri Maduro və həyat yoldaşını ələ keçirdi – FOTO


Bizim.Media xəbər verir ki, müdafiə naziri açıqlama verərək sağ olduğunu bildirib və təslim olmayacaqlarını bəyan edib.
“Biz danışıqlara getməyəcəyik, təslim olmayacağıq və sonda qalib gələcəyik”, – deyə o qeyd edib.
 

Xatırladaq ki, bu gün ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyatlara başlayıb. Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib.


Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp Maduronun həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkədən çıxarıldığını elan edib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью