Venesuelanın vitse prezidenti: ABŞ bəhanələrlə təcavüz aktı törətdi

04.01.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

“ABŞ Venesuelaya qarşı yalan bəhanələrlə təcavüz aktı törətdi”.

APA xəbər verir ki, bunu Venesuelanın vitse-prezidenti Delsi Rodrigez bildirib.

"Bu gün Amerika Birləşmiş Ştatları Venesuelaya qarşı misli görünməmiş hərbi təcavüzə başladı. Bu hərbi əməliyyat zamanı prezident Nikolas Maduro və birinci xanım Siliya Flores əsir götürülüb. Bu, yalan bəhanələrlə baş tutmuş bir təcavüzdür", - Rodrigez deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью