“Venesuella Prezidentinin oğurlanması bu bəndə ziddir...”

20.11.2026

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

“ABŞ, Çin və Rusiya liderlərinin Şençjen şəhərində keçirilən üçtərəfli görüşün yekununda sülh bəyannaməsində ölkələrin ərazi bütövlüyü və suverenliklərinə hörmət edən bənd yoxdur. Aydındır ki, Ukraynaya qarşı işğalçı müharibəni davam etdirən Rusiya Prezidenti belə bir bəndi əks etdirən bəyannaməyə imza atmazdı. Halbuki, Tayvanı (beynəlxalq aləm, o cümlədən ABŞ Tayvanı Çinin bir hissəsi sayır) Çinə qatmağı qarşısına hədəf qoyan Pekin belə bir bəndin yekun bəyannamədə əks olunmasını istəyərdi”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq bəyannamədə ümumi ifadələrin yer aldığını bildirib: 

“Misal üçün bəyannamənin ilk bəndi belədir: “BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq Rusiya, Çin və ABŞ BMT-də islahatlara sadiq olduqlarını bildiriblər. İslahatların məqsədi BMT-nin qlobal çağırışlara daha effektiv cavab verməsini, beynəlxalq sülh və təhlükəsizlik sahəsində əsas missiyasına uyğun fəaliyyət göstərməsini təmin etməkdir”. Bu haqda illərdir danışılır, ancaq elə bəyannaməni imza atan və BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü olan dövlət bu istiqamətdə heç bir addım atmayıb və atmağa da hazırlaşmır. Bəyannamənin bəndlərindən birində “üç dövlətin başçısı dövlətlərin rəsmi şəxslərinin toxunulmazlığına riayət edilməsinin fundamental əhəmiyyət daşıdığını qeyd ediblər”. ABŞ Prezidenti Donald Trampın əmri ilə Venesuella Prezidentinin oğurlanması bu bəndə ziddir. Nəhayət bəyannamənin sonuncu bəndində üç dövlətin başçısı təsdiqləyiblər ki, nüvə müharibəsində qalib ola bilməz və belə bir müharibə heç vaxt başlanmamalıdır. Halbuki, bu bəndə imza atan Rusiya Prezidenti və onun ətrafındakı rəsmilər uzun müddətdir Avropa ölkələrini nüvə müharibəsiylə hədələyirlər. Bir sözlə Çində görüşən 3 lider gözə kül üfürmək üçün belə bir bəyannamə qəbul ediblər. Görüşdən sonra hərə yenə öz bildiyini edəcək”. 

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью