“Venger kimi biri ilə bir yerdə olmaq xoş idi” Bağırov

27.10.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 27-də Bakıda FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerin iştirakı ilə master-klass təşkil olunub.

Görüşdə iştirak edən “Şamaxı” klubunun baş məşqçisi Azər Bağırov “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Vengerlə master-klassdan təəssüratlarınız necədir?
– Venger kimi biri ilə bir yerdə olmaq xoş idi. Uzun futbol yolu keçib və kifayət qədər informasiyalı biridir.

– Görüşdə nələrdən danışıldı?
– Çox mövzudan söz açıldı. Məşqçilik və bu sahənin kriteriyaları haqqında danışdı. Seleksiyaya, seçimlərə toxundu. Hansı futbolçuların üzərində dayanmaq olar, məşqçilərin, futbolçuların inkişaf yolu nələrdir və s. məsələlər müzakirə olundu.

– Vengerlə keçən görüşün sizin üçün hansı faydaları oldu?
– Belə master-klaslar çox olmalıdır. Həmişə öyrənmək, mütaliə etmək lazmdır. Müxtəlif ölkələrin məşqçilərinin baxışlarını bilmək maraqlıdır. Vengerlə görüş təxminən 2 saat oldu. Müxtəlif mövzulardan ismarıclar verildi. Eyni zamanda gənc futbolçularla işləmək, onların sosial həyatlarını zənginləşdirməkdən, psixoloji durumlarını yaxşılaşdırmaqdan söz açıldı.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью