Icma.az bildirir, Sportal.az portalına istinadən.
FIFA-nın Qlobal Futbolun İnkişafı üzrə rəhbəri Arsen Venger hazırda Azərbaycanda keçirilən "FİFA U-15 Dünya Kuboku və Festivalı" çərçivəsində Rusiya və Əfqanıstanın gənclərdən ibarət komandaları arasında baş tutan oyunu izləyib.
Sportal.az xəbər verir ki, oktyabrın 26-da keçirilən qarşılaşma ilkin mərhələnin IV turunun bir hissəsi idi. Rusiya 8:0 hesabı ilə qələbə qazanıb. Bu, rusların turnirdəki 4-cü qələbəsi oldu. Bundan əvvəl Rusiya yığması Sudanı 12:0, Sierra Leoneni 7:0 və Cibutini 13:0 hesabı ilə məğlub edib.
Turnirdən əvvəl Bakıya gələn Venger ilk dəfə təşkil olunan "FİFA U-15 Dünya Kuboku və Festivalı" ilə bağlı tədbirlərdə iştirak edir. Oktyabrın 24-dən 30-dək davam edən bu yarışda dünyanın müxtəlif futbol assosiasiyalarını təmsil edən gənclər komandaları mübarizə aparır.
Oyundan sonra Venger Rusiya futbolçularının çıxışını müsbət qiymətləndirərək, komandanın oyunu barədə təəssüratlarını "çox yaxşı" kimi xarakterizə edib.
Rusiyanın turnirdə iştirakı böyük diqqət çəkib. Rusiya milli komandaları 2022-ci ildə beynəlxalq yarışlardan kənarlaşdırılsa da, U-15 komandasına bu yeni FIFA tədbirində iştirak etməyə icazə verilib.
Bundan əlavə, Rusiya komandası turnirdə öz milli rəmzləri - bayrağı və himni ilə iştirak edir. Bu, 2022-ci ildən bəri Rusiya komandasının bu formatda iştirak etdiyi, FIFA tərəfindən təsdiqlənmiş ilk rəsmi turnirdir.
saytlarin hazirlanmasi