Vəngli sakini: Bizə hər bir şərait yaradılıb

08.09.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

“Bu torpaqlarda doğulmuşam. Kəndin hər cığırına bələdəm. Allah şükür, illər sonra həsrətimiz sona çatdı. Biz doğma kəndimizə qovuşduq”.

Bu sözləri APA-nın Qarabağ bürosuna Ağdərə rayonunun Vəngli kəndinə köçən sakin Kifayət Quliyeva deyib.

O, kəndlərini tərk edəndə 22 yaşında olduğunu indi isə övladları və nəvələri ilə qayıtdığını deyib: "Çox çətin illər yaşadıq. Lakin buna baxmayaraq, hər şey geridə qaldı. Evimizdə hər bir şərait yaradılıb. Demək olar ki, heç bir çatışmamazlıq yoxdur. Allah Prezidentimizi qorusun. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı arzulayıram".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью