Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ vitse-prezidenti C.D.Vens hələ 2028-ci ildə prezidentliyə namizəd olub-olmadığına qərar verməyib.
Bakıvaxtı.az xəbər verir ki, siyasətçi bunu "Reuters" agentliyinə verdiyi müsahibədə açıqlayıb.
"Mən təbiətcə işləri təxirə salan biriyəm. Hələ bu barədə çox düşünməmişəm", - vitse-prezident deyib.
Sentyabr ayında ABŞ prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində Vensi dəstəkləyib-dəstəkləməyəcəyini açıqlamayıb və bu barədə danışmağın hələ tez olduğunu bildirib. Lakin Ağ Ev rəhbəri vitse-prezidenti "gözəl insan" adlandırıb.