Vens 4 cü dəfə ata oldu

20.07.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens dördüncü dəfə ata olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Sevinc hissi ilə bildiririk ki, bu gün səhər oğlumuz Alek Nil Vens dünyaya gəldi. Uşa (Vensin həyat yoldaşı - red.) və körpə sağlam, xoşbəxtdir, uşaqlarımız isə kiçik qardaşları ilə görüşdüklərinə son dərəcə sevinirlər”, - paylaşımda deyilir.

Qeyd edək ki, Ceyms Devid Vens və onun həyat yoldaşı Uşa Çulukuri 2014-cü ildən evlidirlər. Onların Evan (2017-ci il doğumlu) və Vivek (2020) adlı oğulları, həmçinin Mirabel (2021) adlı qızları var. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью