Vens: ABŞ da hökumətin fəaliyyətinin dayanmasına baxmayaraq, hərbçilərə maaş veriləcək

29.10.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ administrasiyası federal hökumətin maliyyələşməsinin dayandırılması (şatdaun) şəraitində belə, oktyabrın 31-də bəzi hərbi qulluqçulara maaş ödəyə biləcək.

APA xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtonda jurnalistlərə açıqlama verib.

“Biz hesab edirik ki, cümə günü hərbçilərin maaşlarının ödənilməsini davam etdirə biləcəyik,” – deyə o bildirib.

Vens əlavə edib ki, maliyyə çətinliklərinə görə bütün hərbi qulluqçuların maaşlarını ödəmək mümkün olmayacaq.
“Təəssüf ki, biz bütün hərbçilərə maaş verə bilməyəcəyik, çünki demokratlar bizi çox çətin vəziyyətə salıblar,” – deyə vitse-prezident vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью