Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır

03.09.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 3 sentyabr, AZƏRTAC

Venesuela ilə razılaşmadan sonra ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens mətbuat konfransında deyib.

O bildirib ki, uzun müddətdir Bayden administrasiyası neft-qaz qiymətlərini azaltmaq məqsədilə Strateji Neft Ehtiyatını boşaldıb.

Onun sözlərinə görə, administrasiya indi Venesuelada keçirilmiş əməliyyatdan sonra yaranan münasibətlərdən Amerikanın enerji təhlükəsizliyini kəskin şəkildə genişləndirmək və Venesuela xalqına gəlir gətirmək üçün istifadə edir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью