Vens ABŞ ın İranda məqsədlərinə çatdığını bildirib

14.04.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatın məqsədlərinə çatdığına və artıq münaqişəyə son qoymaq üçün irəliləməyin mümkün olduğuna inanır.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a açıqlaması zamanı bildirib.

"Mən həqiqətən inanıram ki, məqsədlərimizə çatdığımız bir vəziyyətdəyik. Biz bunu sonlandırmağa başlaya bilərik. Mən bunu uğurlu danışıqlarla başa çatdırmağı üstün tutardım", - vitse-prezident əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью