Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Vaşinqton İrana qarşı sanksiyaların əhəmiyyətli dərəcədə yumşaldılmasına hazırdır.
Bunu ABŞ vitse-prezidenti Cey Di Vens "CBS" telekanalına müsahibəsində deyib.
"Amerika pullarından bir dollar belə İrana getməyəcək. Amma iranlılar uzunmüddətli öhdəliklər götürsələr, biz sanksiyaların ciddi şəkildə yumşaldılmasına hazırıq”, - deyə Vens bildirib.