Vens: ABŞ İrana təzyiq üçün gizli əməliyyatlara əl ata bilər

04.09.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

ABŞ İrana təzyiq göstərmək üçün iqtisadi, hərbi və diplomatik vasitələrlə yanaşı, gizli əməliyyatlardan da istifadə edə bilər.

APA xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Vensdən Vaşinqtonun İrana təzyiq məqsədilə gizli əməliyyatlara əl atmasının mümkün olub-olmadığı soruşulub.

“Mən qarşıdakı aylar və illər ərzində İranla konkret olaraq necə davranacağımızı açıqlamayacağam. Çünki bu, Prezidentin qərar qəbul etmək imkanlarını məhdudlaşdırar. Lakin biz bütün mümkün variantları – iqtisadi təzyiqi, hərbi təzyiqi, diplomatik təzyiqi və gizli təzyiqi nəzərdən keçiririk”, – ABŞ vitse-prezidenti deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью