Vens: “ABŞ İranla 47 ildir ki, məşğuldur”

30.10.2026

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

“ABŞ-İran münaqişəsi daha bir əbədi müharibəyə çevrilməyəcək”

“ABŞ-İran münaqişəsi daha bir əbədi müharibəyə çevrilməyəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Cey.Di.Vens” Fox News” kanalının efirində deyib.

"Əgər siz başqa bir əbədi müharibədən narahatsınızsa, İranla müharibə heç vaxt başqa bir əbədi müharibə olmayacaq", - deyə qeyd edib.

Vitse-prezident bildirib ki, “münaqişə həqiqətən də səkkiz aydır davam edir, lakin ABŞ İranla 47 ildir ki, məşğuldur".

"Və sizə söz verirəm ki, Donald Tramp bunun əbədi müharibəyə çevrilməsinə imkan verməyəcək", - deyə vitse-prezident vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью