Vens ABŞ nin İranla danışıqları bərpa etməsi üçün şərtlərini açıqladı

04.09.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"ABŞ administrasiyası Tehran tərəfindən ticarət gəmilərinin atəşə tutulması halları dayandırılmayanadək İranla danışıqları bərpa etmək niyyətində deyil".

Bu barədə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə bəyan edib.

"İranla danışıqlara dair sualınıza gəlincə, ABŞ Prezidenti Donald Tramp bu barədə mövqeyini çox aydın şəkildə ifadə edib. Onlar ticarət gəmilərini atəşə tutmağı dayandırmayana qədər biz onlarla danışıqlar aparmırıq və aparmaq niyyətində də deyilik", - deyə o bildirib.

Vitse-prezident əlavə edib ki, onun versiyasına görə, hazırda İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar artıq uzun müddətdir ki, aparılmır.

"Yalnız bir neçə gün əvvəl biz İranın ticarət gəmilərini atəşə tutmasını çətinləşdirmək, eləcə də dünya enerjisi bazarlarına neft və qazın daxil olmasını təmin etmək üçün tədbirlər gördük", - deyə o əlavə edib.

Xatırladaq ki sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələrin endirildiyini xəbər verib. İran cavab olaraq BƏƏ, İordaniya, İraq və Bəhreyn də daxil olmaqla ABŞ-nin hərbi bazalarına zərbələr endirib.

/oxu.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью