Vens: ABŞ və NATO arasında Qrenlandiya üzrə danışıqlar müsbət irəliləyir

22.01.2026

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

ABŞ və NATO arasında Qrenlandiyanın Vaşinqtonun nəzarətinə keçməsi ilə bağlı aparılan danışıqlar müsbət dinamika ilə davam edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.

"NATO ilə danışıqlar yaxşı gedir. Mən inanıram ki, Prezident (Donald Tramp-red.) danışıqlarda nəsə əldə etməyə qərar verdikdə, buna nail olur. Danimarka və digər NATO üzvləri bu sazişin əhəmiyyətini yalnız ABŞ üçün deyil, dünya təhlükəsizliyi üçün də qəbul etməlidirlər. Biz bu ərazi üzərində nəzarəti təmin etmək üçün səylərimizi davam etdirəcəyik, bu isə ABŞ xalqının təhlükəsizliyinin təminatı baxımından prioritetdir",- o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью