Vens Almaniyanı yenidən kəskin tənqid etdi

22.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Əlbəttə, biz müttəfiq olaraq qalırıq, lakin dəstəyimiz düzgün istiqamətdə hərəkət edib-etməməyimizdən asılıdır.

Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens Almaniya ilə münasibətlərdən danışarkən deyib.

Vens ABŞ-ın Almaniyadakı hərbi mövcudluğunu söz azadlığı ilə əlaqələndirib:

“Amerikalı vergi ödəyicisi Almaniyanın müdafiəsini maliyyələşdirir. Kimsə inanırmı ki, əgər almanları qəddar tvitə görə həbs edirlərsə, onlar (ABŞ vergi ödəyiciləri - red.) bu maliyələşməni davam etdirəcəklər?”

Qeyd edək ki, bundan əvvəl Münhen Təhlükəsizlik Konfransında Vens Avropanı senzura və miqrasiya siyasətindəki uğursuzluğa görə tənqid etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью