Vens: Avropa özünün yaratdığı böhranla üz üzədir

14.02.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Avropa özünün yaratdığı böhranla üz-üzədir, o, öz seçicilərindən qorxur və bu vəziyyətdə ABŞ üçün faydasızdır.

Bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

Avropa bir çox problemlə üz-üzədir, lakin qitənin indi üzləşdiyi böhranı özü yaradıb. Öz seçicilərinizdən qorxursunuzsa, Amerikanın sizə təklif edəcəyi heç nə yoxdur, eləcə də sizin məni və prezident Trampı seçən Amerika xalqına təklif edə biləcəyiniz heç bir şey yoxdur. Önümüzdəki illərdə mühüm işlər görmək üçün sizin demokratik mandata ehtiyacınız var”, - o deyib.

Vens əlavə edib ki, bunun üçün Avropa hökumətlərinə öz vətəndaşlarına qarşı daha həssas olmaq lazımdır.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью