Vens: Avropa “sivilizasiya intiharı” riski altındadır

15.03.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ-ın vitse-prezidenti Ceyms David Vens deyib ki, Avropa ölkələri sərhədlərinə nəzarət edə bilməməklə və vətəndaşların söz azadlığını məhdudlaşdırmaqla “sivilizasiya intiharı” riski ilə üzləşirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində bildirib.

“Avropa sivilizasiyanın intiharı ilə təhdid olunur. Onagörəki, onlar ya öz sərhədlərini idarə edə bilmirlər, ya da istəmirlər. İndi gördüyümüz, onların buna müqavimət göstərmək cəhdləri yaxşıdır, düzgün addımdır. Amma siz həm də görürsünüz ki, onlar öz vətəndaşlarının söz azadlığını məhdudlaşdırmağa başlayıblar, hətta bu vətəndaşlar sərhəd işğalı kimi şeylərə etiraz edəndə belə. Məhz bu cür etiraz əhval-ruhiyyəsi Donald Trampın və bir sıra Avropa liderlərinin seçilməsinə səbəb oldu”, - deyə Vens qeyd edib.

Onun sözlərinə görə, sərhədlərin açılması və vətəndaşların hüquqlarının məhdudlaşdırılması siyasəti Avropa ölkələri üçün ciddi problemə çevrilib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью