Vens: Avropanın Rusiyanı əsas təhlükə adlandırması səhvdir

04.04.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropalı siyasətçilər Rusiyanın Avropa üçün əsas təhlükə olduğunu iddia etməkdə səhv edirlər, halbuki əslində təhlükə onların daxili problemlərindən qaynaqlanır.

Bizimyol.info xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Newsmax” telekanalına müsahibəsində deyib.

"Etiraf etməliyik: Avropa üçün əsas təhlükə Çin və ya Rusiya deyil. Əsas təhlükə onun daxili problemləridir: Avropanın mədəni bünövrəsini məhv edən miqrasiya siyasəti, rəqabət qabiliyyətini azaldan iqtisadi siyasət, təhlükəsizlik siyasəti problemləri var. Onların liderləri deyirlər ki, Rusiya dünyada əsas təhlükədir. Amma eyni zamanda milyardlarla dollar dəyərində Rusiya qazı alırlar və müdafiəyə ÜDM-nin 1%-ni xərcləyirlər, halbuki biz 3-4% xərcləyirik.

Avropada sözlər tamamilə işlərlə üst-üstə düşmür", - deyə o vurğulayıb.

Vens həmçinin Paris məhkəməsinin Marin Le Penin işinə verdiyi hökmdən də bəhs edib. "O, bəzi sorğularda liderlik edir, amma onu heç bir əhəmiyyəti olmayan ittihamla həbs etməyə çalışırlar, bu, əslində onun əməkdaşlarına aid olan bir məsələyə idi, özü ilə heç bir əlaqəsi yoxdur. Onu həbsxanaya göndərmək və seçkilərdən kənarlaşdırmaq istəyirlər. Bəs, nə oldu, bu demokratiyadırmı?", - deyə ABŞ vitse-prezidenti bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью