Vens: “Biz bu gün sülhün təmin edilməsi ilə məşğuluq

10.02.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üzərində işləməyə davam edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurarkən jurnalistlərə açıqlama verib.
"Biz buradan yolumuzu Azərbaycana davam etdirməkdən məmnunuq. Sülhün əldə edilməsi yalnız ilk addımdır və biz bu gün bu sülhün təmin edilməsi ilə məşğuluq", - C.Vens deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulması da regionda sülhün möhkəmlənməsinə töhfə verir:
"Hesab edirəm ki, biz əla sülh sənədi imzalamışıq və ABŞ prezidenti Donald Trampın administrasiyası onun möhkəm olması üçün çalışır".
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью