Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Kim Min Suk Vensə Şimali Koreyaya xüsusi elçi göndərməyi məsləhət görüb
Cənubi Koreyanın Baş naziri Kim Min Suk Vaşinqtonda ABŞ-ın vitse-prezidenti J.D.Venslə danışıqlar zamanı Şimali Koreyaya xüsusi elçi göndərməyi təklif edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Yonhap” Xəbər Agentliyi məlumat yayıb.
Görüş zamanı Vens Şimali Koreya ilə münasibətlərin necə yaxşılaşdırılması barədə məsləhət istəyib: "Birincisi, yalnız ABŞ Prezidenti Donald Trampın Şimali Koreya ilə münasibətləri yaxşılaşdıra biləcəyini və yaxşılaşdırmaq istədiyini dedim. İkincisi, dedim ki, kim olursa olsun, Şimali Koreyaya xüsusi elçi göndərmək münasibətləri yaxşılaşdırmaq niyyətini bildirmək üçün bir yol ola bilər", - deyə Cənubi Koreya Baş naziri bildirib.
Kim Min Suk əlavə edib ki, Vaşinqtonun bu məsələ ilə bağlı onun fikri ilə maraqlandığı təqdirdə, Amerika xüsusi elçisi vəzifəsinə kimin təyin edilə biləcəyi ilə bağlı konkret tövsiyələri var.