Vens Ermənistan və Azərbaycana bu tarixdə səfər edəcək

05.02.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Milandakı Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan və Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az "Associated Press"ə istinadla xəbər verir ki, səfərin məqsədi iki ölkə arasında uzun illərdir davam edən münaqişənin həllinə yönəlmiş sazişlə bağlı danışıqlar aparmaqdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp səfər çərçivəsində Azərbaycanın strateji tərəfdaşlığının dərinləşdirilməsi və Ermənistana dinc nüvə əməkdaşlığı müqaviləsinin imzalanacağını açıqlayıb.

Tramp həmçinin ABŞ istehsalı olan müdafiə avadanlıqlarının Azərbaycana satışının nəzərdə tutulduğunu bildirib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью