Vens Hindistanı F 35 almağa çağırdı

22.04.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnanıram ki, XXI əsrin gələcəyi ABŞ-Hindistan tərəfdaşlığının gücü ilə müəyyənləşəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Hindistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyindən danışarkən deyib.

“Birlikdə işləyə bilməsək, XXI əsr bütün bəşəriyyət üçün çox çətin ola bilər”, - Vens bildirib.

ABŞ vitse-prezidenti Nyu Dehlini F-35 qırıcılarını almağa çağırıb:

“İstəyirik ki, ölkəniz dünyanın ən yaxşısı olduğuna inandığımız silahlarımızdan daha çox alsın. Amerikanın beşinci nəsil F-35-ləri Hindistan Hərbi Hava Qüvvələrinə səmalarını və vətəndaşlarını qorumaq imkanı verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью