Vens İran ilə danışıqların müsbət nəticələr verəcəyinə ümid edir

10.04.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 10 aprel, AZƏRTAC

İran nümayəndə heyəti ilə İslamabadda keçiriləcək danışıqlarda ABŞ nümayəndə heyətinə başçılıq edəcək Birləşmiş Ştatların vitse-prezidenti Cey. Di. Vens müzakirələrin müsbət nəticələr verəcəyinə ümid edir.

AZƏRTAC xəbər verir ki, Pakistana yola düşməzdən əvvəl Tehrana “bizimlə oynamamaq barədə xəbərdarlıq edirəm” deyən Vens vurğulayıb: “İranla danışıqların müsbət olacağına ümid edirəm. Danışıqları səbirsizliklə gözləyirik. Düşünürəm ki, bu, müsbət olacaq”.

Vens əlavə edib: “Amerika Birləşmiş Ştatları Prezidenti dediyi kimi, əgər iranlılar vicdanla danışıqlar aparmağa hazırdırsa, biz də açıq əlimizi uzatmağa hazırıq. Əgər onlar bizimlə oynamağa çalışacaqlarsa, onda danışıqlar aparan komandanın o qədər də xoş olmayan münasibətini görəcəklər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью