Vens: İrana bir sent də verməyəcəyik

17.06.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens ABŞ və İran arasında mümkün razılaşmanın yalnız iki ölkə ilə məhdudlaşmayacağını, regiondakı bir sıra dövlətləri də əhatə edəcəyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, amerikalı jurnalist Meqan Kelliya verdiyi müsahibədə danışıb.

Vensin sözlərinə görə, nəzərdə tutulan razılaşma Yaxın Şərqdə daha geniş regional sülh mexanizmini əhatə edəcək:

“Bu, regional sülh razılaşmasıdır. O, Fars körfəzini, İsraili və Livanı da əhatə edəcək. Məqsəd həqiqi regional sülh sazişidir”, – deyə o bildirib.

Vitse-prezident ABŞ-ın İranla bağlı maliyyə öhdəliklərinə də aydınlıq gətirib və Vaşinqtonun Tehrana heç bir vəsait ayırmayacağını vurğulayıb:

“Tam aydınlıq üçün deyirəm: İran bu razılaşmanın bütün şərtlərini yerinə yetirsə belə, ABŞ-dan bir sent belə almayacaq.”

Onun sözlərinə görə, yalnız İranın davranışında dəyişiklik olacağı halda digər ölkələrin ölkənin bərpası və iqtisadi inkişafına investisiya yatırmasına şərait yaradıla bilər.

Vens əlavə edib ki, Tehran terrorizmin maliyyələşdirilməsini dayandırarsa və region ölkələri ilə münasibətlərini dəyişərsə, bu, müsbət irəliləyiş kimi qiymətləndirilə bilər.

O həmçinin qeyd edib ki, İran razılaşmadan faydalanmaq istəyərsə, uranın zənginləşdirilməsi və beynəlxalq yoxlamalar kimi məsələlər danışıqların əsas mövzusu olacaq.

Vitse-prezident İsrailin razılaşma ilə bağlı tənqidlərinə də münasibət bildirib və əlavə edib ki, bəzi tərəflərin tənqidi sonsuz münaqişənin davamını istəmək anlamına gəlir:

“Onlar sonsuz münaqişə təklif edirlər. ABŞ Prezidenti isə bunun davam etməsini istəmir. Tənqidçilər ya sənədin məzmununu nəzərə almır, ya da alternativ təqdim etmir".

O həmçinin qeyd edib ki, razılaşma mətninin yaxın günlərdə ictimaiyyətə açıqlanması planlaşdırılır. Onun sözlərinə görə, sənədin gecikməsi diplomatik həssaslıq və vasitəçi ölkələrin – Pakistan və Qətərin müraciətləri ilə bağlıdır.

Məlumata görə, 19 iyunda imzalanması planlaşdırılan anlaşma memorandumu çərçivəsində ABŞ və İran növbəti 60 gün ərzində yekun razılaşma üzrə danışıqları davam etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью