Icma.az, Sia Az saytına istinadən bildirir.
Amerikanın Vitse-prezidenti Vens Pakistanda keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ və İran arasında 21 saat davam edən danışıqlarda heç bir razılaşma əldə olunmayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Vensin sözlərinə görə, əsas maneə İranın nüvə proqramından tam imtina etməkdən boyun qaçırmasıdır. O, Tehranın danışıqlarda irəliləyişə nail olmaq üçün ciddi addımlar atmadığını deyib.
Danışıqlar İran və ABŞ arasında artan hərbi gərginlik fonunda keçirilib. ABŞ İrana qarşı sərt dəniz blokadasını davam etdirir və ölkəyə hərbi zərbələr endirir. İran isə bu həftə ABŞ-a qarşı hücumları artıracağı ilə hədələyib.