Vens İranla danışıqları bərpa etmək üçün hərəkətə keçib

07.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın vitse-prezidenti Vens İranla mümkün razılaşmaya nail olmaq üçün son iki həftə ərzində diplomatik danışıqlar aparıb.
Bizim Media xarici mətbuata istinadla xəbər verir ki, Vens İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məktub göndərərək birbaşa danışıqların bərpa olunmasını təklif edib.
Məlumata əsasən, Vens İranla diplomatik təmasların qurulması istiqamətində Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani və Pakistanın ordu rəhbəri Asim Munirlə də mütəmadi əlaqə saxlayıb.
Tərəflər ABŞ və İran nümayəndələrinin iştirakı ilə texniki görüş keçirilməsi imkanını da müzakirə ediblər. Lakin görüşün vaxtı hələ müəyyənləşdirilməyib.
Mənbələrin bildirdiyinə görə, diplomatik səylərdə müəyyən irəliləyiş əldə olunsa da, danışıqlar prosesi hələ də ləng gedir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью