Vens İranla danışıqları bərpa etmək üçün İran rəsmisinə məktub göndərib

29.10.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens prezident Donald Trampın tapşırığı ilə İran rəsmisi Möhsün Rzaiyə məktub göndərib.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məktubun məqsədi ABŞ ilə İran arasında danışıqları bərpa etmək və Konqresə aralıq seçkilərdən sonra ABŞ-ın İrana mümkün yeni zərbələrinin qarşısını almaqdır.

Qeyd edək ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı güzəştlər əldə etməyə, Tehran isə iqtisadi sanksiyaların yumşaldılmasına çalışır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью