Vens İsveçrədəki danışıqlarda əhəmiyyətli irəliləyişlər olduğunu açıqlayıb

21.06.2026

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

İsveçrədə başlayan ABŞ-İran danışıqlarında böyük irəliləyiş əldə edilib.

"Report" xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens bəyan edib.

"Son bir neçə saat ərzində artıq əhəmiyyətli irəliləyiş əldə etmişik. Ümid edirəm ki, yaxın gələcəkdə daha böyük irəliləyiş əldə edəcəyik", - deyə o, bildirib.

"İranın nüvə proqramı başa çatır, Hörmüz boğazı açılır", - deyən Vens vurğulayıb ki, Ağ Ev lideri Donbald Tramp hökumətinin missiyası Yaxın Şərqin mürəkkəb məsələlərini diplomatiya vasitəsilə fəal şəkildə həll etməkdir. Vens danışıqların hazırkı nöqtəyə çatmasında Qətərin rolunu qabardıb.

Diplomat həmçinin Livanda atəşkəsin təmin edilməsində irəliləyişlərin olduğunu da açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью