Vens İsveçrəyə getməkdən imtina etdi ABŞ İran danışıqları təxirə salındı

19.06.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


İyunun 19-da Bürgenştokda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları baş tutmayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Görüşün ləğv edilməsinin səbəbləri açıqlanmayıb. Həmçinin, yeni tarix barədə də məlumat verilməyib.
Digər tərəfdən, Ağ Ev hələlik ABŞ və İranın İsveçrədə ikitərəfli anlaşma memorandumunu imzalamaq və texniki danışıqlara başlamaq planları barədə razılığa gəlmədiklərini bildirib. Bu barədə jurnalistlərə ABŞ vitse-prezidenti C.D. Vensin mətbuat katibi məlumat verib.
Həmçinin, ABŞ-min vitse-prezidentinin mətbuat katibi C.D. Vensin ABŞ və İran arasında anlaşma memorandumunun imzalanma mərasimi üçün İsveçrəyə səfər etməyi planlaşdırmadığını bildirib.
Digər tərəfdən, “Axios” portalı ABŞ vitse-prezidenti C.D. Vensin İsveçrəyə səfərini təxirə salmasına Tehranın Livanla bağlı mövqeyinin səbəb ola biləcəyini qeyd edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью