Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, o, "Fox News" telekanalına müsahibəsində bildirib ki, İsrail ABŞ-ın mühüm tərəfdaşı və müttəfiqidir, lakin digər müttəfiqlərlə münasibətlərdə olduğu kimi, tərəflərin mövqeləri hər zaman üst-üstə düşmür.
"İsrail əla tərəfdaşdır, ABŞ-ın müttəfiqidir. Amma Fransa, Böyük Britaniya və ya ABŞ-ın istənilən digər müttəfiqi ilə münasibətlərdə olduğu kimi, bəzən fikirlərimiz fərqlənir", – deyə Vens bildirib.
Vitse-prezident qeyd edib ki, onun əsas vəzifəsi ilk növbədə ABŞ-ın milli maraqlarını qorumaqdır.
"ABŞ-ın maraqları İsrailin maraqları ilə üst-üstə düşəndə, ümumi məqsədlərə necə nail olacağımızı müzakirə edirik. Mənim mövqeyim İsrailin baş nazirinin mövqeyindən fərqlənəndə isə bunu açıq və səmimi şəkildə müzakirə edirik", – deyə o əlavə edib.
Vens İranla bağlı münaqişənin nizamlanması perspektivlərinə də toxunaraq bildirib ki, onun başa çatmasına, bütün vasitələrlə kömək etməyə çalışır.
"Mən buna qəti şəkildə çalışıram. Amma bəzən bir addım irəli, iki addım geri atmaq lazım gəlir. Sonra isə üç addım irəli, bir addım geri gedirsən", – deyə ABŞ vitse-prezidenti vurğulayıb.
Bizimyol.info