Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, o, bu fikirləri "CBS News" telekanalına müsahibəsində, regiondakı münaqişələr fonunda ABŞ–İsrail münasibətlərini şərh edərkən səsləndirib. Vensin sözlərinə görə, iki ölkənin maraqları üst-üstə düşmədiyi hallarda Vaşinqton ilk növbədə öz milli prioritetlərini rəhbər tutmalıdır.
Vitse-prezident vurğulayıb ki, bu yanaşma bəzən İsrail üçün əlverişli olmaya bilər, lakin ABŞ hər zaman öz milli maraqlarından çıxış edəcək. O əlavə edib ki, vaxtaşırı fikir ayrılıqlarına baxmayaraq, İsrail ABŞ-ın mühüm tərəfdaşlarından biri olaraq qalır.
Vens həmçinin Vaşinqton və Tehran arasında mümkün razılaşmalara da toxunub. O bildirib ki, İranla əldə olunacaq potensial saziş, İsrailin maraqları ilə tam uyğun gəlməsə belə, “Amerika xalqı üçün böyük uğur” sayıla bilər.
Liderlər arasındakı münasibətlərdən danışan Vens qeyd edib ki, dövlətlərarası əlaqələrdə həm maraqların tam uzlaşdığı dövrlər, həm də fikir ayrılıqlarının yaşandığı mərhələlər olur. Onun sözlərinə görə, Netanyahu “öz ölkəsinin maraqlarını aqressiv şəkildə müdafiə edir”.
İsrailin İran siyasəti kontekstində Netanyahuun mümkün səhvləri barədə suala cavab verən Vens “o, şübhəsiz ki, bəzi səhvlər edib” deyib, lakin detalları açıqlamayıb. Bununla yanaşı, o, ABŞ və İsrail arasında strateji tərəfdaşlığın vacibliyini vurğulayaraq əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Bizimyol.info