Vens Qətərin baş naziri ilə ABŞ İran dialoqunu müzakirə edib

24.11.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın vitse-prezidenti C.D.Vens Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə danışıqlar aparıb və ABŞ ilə İran arasında dialoqun bərpası səylərini müzakirə edib. 

Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat verib.

Qətərin Baş naziri ilə ABŞ-ın vitse-prezidenti arasında görüş Ağ Evdə baş tutub.

Dövlət Departamentinin mətbuat xidməti tərəflərin ikitərəfli iqtisadi və təhlükəsizlik məsələləri üzrə ABŞ-Qətər strateji dialoqunun səkkizinci raunduna başladığını bildirib. 

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Qətərin baş naziri ilə görüşmüşdü.

Noyabrın 22-də ABŞ Prezidenti Donald Tramp “Fox News”-a verdiyi açıqlamada Vaşinqton və Tehranın münaqişəyə son qoymaq üçün dolayı məsləhətləşmələri davam etdirdiyini bildirib. Amerika lideri həmçinin deyib ki, İslam Respublikası ilə razılığa gəlinməsə, yeni ildən sonra İrana hücumları bərpa etməyə meyllidir.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью