Vens: Qəzzada sülhə gedən yol enişli yoxuşlu olacaq

20.10.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qəzza zolağında atəşkəsin pozulması fonunda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bəyan edib ki, o, anklavda sülhə gedən yolun “eniş-yoxuşlarla” dolu olacağına inanır.

Bizimyol.info xəbər verir ki, bu barədə vitse-prezidentə istinadən "France-Presse" agetliyi məlumat verib.

"Biz davamlı sülh üçün ən yaxşı şansın olduğuna inanırıq. Lakin hər şey yoluna düşsə belə, enişlər və yoxuşlar olacaq və biz vəziyyəti izləmək niyyətindəyik", - deyə Vens qeyd edib.

Amerikalı siyasətçi əlavə edib ki, o, İsrailin Qəzzada Fələstinin radikal HƏMAS hərəkatının hərəkətlərinə verdiyi cavabı haqlı hesab edir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton İsrail və HƏMAS arasında atəşkəs rejiminin pozulmasını öyrənəcək və lazımi şəkildə həll edəcək.

Oktyabrın 19-da İsrail ordusu cənub anklavının Rəfah şəhəri yaxınlığında İsrail əsgərlərinin atəşə tutulduğu insident barədə məlumat verərək, fələstinli radikalların atəşkəsi pozduğunu elan edib.

İsrailin baş naziri Benyamin Netanyahu atəşkəsi pozmaqda HƏMAS-ı günahlandırıb və silahlı qüvvələrə radikallara qarşı “tədbir görmək” əmri verib. Bunun ardınca ordu bütün anklavda silsilə zərbələr endirib, onlar bəlli hədəflərə hücum edib.

Hərbçilər daha sonra Rəfahda səhər saatlarında baş verən insidentdə iki əsgərin öldüyü, bir əsgərin isə ağır yaralandığına aydınlıq gətirib.

Həmas nümayəndələri qruplaşma ilə Rəfah hadisəsi arasında hər hansı əlaqə olduğunu inkar edirlər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью