Vens: Rusiya Ukrayna danışıqlarında çox şey istəyir

07.05.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ düşünür ki, Rusiya Ukrayna danışıqlarında çox şey istəyir.
APA xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti J.D. Vens bildirib.
Onun sözlərinə görə, ABŞ Rusiya və Ukraynanın hələ də münaqişəyə son qoymaq yollarını müzakirə etməməsini absurd hesab edir.
“ABŞ hesab edir ki, Rusiya hazırda Ukrayna üzrə danışıqlarda həddən artıq çox şey istəyir, lakin Moskvanın sülhdə maraqlı olmadığını düşünmür”, - Vens deyib.
O qeyd edib ki, danışıqlarda növbəti əsas addım Moskva və Kiyev arasında birbaşa təmaslar olmalıdır.


“ABŞ Moskva və Kiyevin bir-biri ilə danışmağa başlamasını istəyir, Vaşinqton bu prosesdə iştirak etməyə hazırdır”.
Elba Nur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью