Vens: Rusiya və Ukraynanın təklifləri arasında “qızıl orta”nı axtarılır

02.05.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib ki, həm Rusiya, həm də Ukrayna münaqişənin həlli prosesinin bir hissəsi kimi öz təkliflərini təqdim ediblər və hazırda “qızıl orta” axtarışları gedir.

Bizimyol.info xəbər verir ki, bu barədə Vens cümə axşamı "Fox News"a verdiyi müsahibədə bildirib.

"Son bir neçə həftədə gördük ki, hər bir tərəf: buyurub,bu, bizim sülh təklifimizdir. Ukraynalılar bunu edib. Ruslar da təkliflərini verib. İndi isə düşünürəm ki, məsələ bu münaqişəyə son qoymaq üçün hansısa orta zəmin tapa biləcəyimizdən asılıdır", - deyə o qeyd edib.

“Ukraynalılar, əlbəttə ki, qəzəblidirlər. Ancaq həqiqətənmi bu və ya digər istiqamətdə bir neçə mil ərazi üzərində minlərlə əsgər itirməyə davam edəcəyik?", - deyə vitse-prezident əlavə edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Braziliyanın "O Globo" qəzetinə verdiyi müsahibədə deyib ki, Moskva və Vaşinqton Ukraynadakı vəziyyəti həll etmək yollarını tapmaq üçün dialoqu davam etdirirlər. "Rusiya Federasiyası ümid edir ki, bu təmaslar qarşılıqlı məqbul nəticələr verəcək", - deyə Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, müəyyən nikbinlik ondan irəli gəlir ki, ABŞ prezidenti Donald Tramp və onun ətrafı 46-cı prezident Co Bayden administrasiyasından fərqli olaraq "Kiyev rejiminə ölümcül silahlar verən və Ukraynanı fəal şəkildə NATO-ya cəlb edən" "böhranın əsas səbəblərini" anlamağa çalışırlar. "Tramp dəfələrlə bildirib ki, əvvəlki Amerika hökuməti Ukraynanı NATO-ya sürükləməsəydi, münaqişə olmayacaqdı", - deyə Lavrov əlavə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью