Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Rusiyanın ABŞ Prezidenti Donald Trampın qərarlarına təsir göstərdiyi iddialarını rədd edib.
Redaktor.az xəbər verir ki, Vens bu barədə "iHeart"a müsahibəsində danışıb.
O bildirib ki, ABŞ Rusiya ilə bir çox məsələdə fikir ayrılığı yaşasa da, müəyyən sahələrdə əməkdaşlıq edə bilər.
Vensin sözlərinə görə, Rusiya əvvəllər dizel yanacağını, o cümlədən Çinə, əhəmiyyətli endirimlərlə sata bilirdi, amerikalı istehlakçılar isə yüksək yanacaq qiymətləri ilə üzləşirdilər. O, Trampın bu imkandan istifadə edərək xərcləri azaltmağa çalışdığını vurğulayıb.
Vens əlavə edib ki, heç kimin ABŞ Prezidentini manipulyasiya etməsi mümkün deyil və Tramp vəziyyəti real qiymətləndirir.
Aytəkin TOFİQQIZI