Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran Vensin ABŞ ilə danışıqlar aparmaq təklifini alqışlayıb
ABŞ-ın vitse-prezidenti Cey.Di. Vens İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə ünvanladığı məktubda İslam Respublikası ilə danışıqlarda Amerika tərəfinə şəxsən rəhbərlik etməyə hazır olduğunu bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə The New York Times mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, Vens mesajı Qətər vasitəsilə çatdırıb. Vitse-prezident tezliklə ABŞ və İran nümayəndələri arasında görüş keçirməyi təklif edib və danışıqlara Vaşinqton adından rəhbərlik edə biləcəyini qeyd edib.
Qəzetin məlumatına görə, İran hakimiyyəti Vensin təklifini alqışlayıb və onu döyüşlərə son qoymağa qadir olan nüfuzlu şəxs hesab edib.
“The Wall Street Journal” əvvəllər Vensin məktubu ABŞ Prezidenti Donald Trampın göstərişi ilə göndərdiyini yazıb. Nəşrin məlumatına görə, vitse-prezident Tehran və Vaşinqtonun Trampı qarşıdakı həftələrdə hərbi əməliyyatlara qayıtmamağa inandırmaq üçün kifayət qədər ortaq nöqtəyə malik olub-olmadığını müəyyən etməyə ümid edib. Nəşr Vensin məktubunda heç bir konkret sülh təklifinin olmadığını qeyd edib.