Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bu açıqlamanı Missisipi Universitetində tələbələrlə görüşərkən verib.
Vens bildirib ki, ABŞ prezidenti Donald Tramp İsrailə qarşı təzyiq vasitələrindən istifadə etməklə Qəzzada atəşkəsə nail ola bilib. O, tələbənin sualına cavab olaraq bildirib ki, "Amerika Birləşmiş Ştatları prezidenti bu sülh razılaşmasına yalnız İsrail dövlətinə təzyiq göstərməyə hazır olsaydı nail ola bilərdi".
Vensin sözlərinə görə, ABŞ və İsrailin ortaq maraqları var, baxmayaraq ki, sülh razılaşmasında olduğu kimi, iki ölkənin mövqelərinin toqquşduğu vaxtlar da olur. "İnsanlar İsrailin ABŞ prezidentinə nəzarət etdiyini iddia etdikdə, yanılırlar. Əks halda, biz Yaxın Şərqdə uğur qazana bilməzdik", - deyə o əlavə edib.
Qadir, Bizimyol.info