Vens Trampın başına bir şey gələrsə, ABŞ prezidenti olmağa hazır olduğunu bildirib

29.08.2025

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vens Trampın başına bir şey gələrsə, ABŞ prezidenti olmağa hazır olduğunu bildirib


ABŞ-ın vitse-prezidenti J.D.Vens dövlət başçısı Donald Trampın başına “faciə” baş verərsə, ABŞ prezidentinin yerini tutmağa hazır olduğunu bildirib. Oxuməni.az xəbər verir ki, siyasətçi bunu “USA Today”-ə müsahibəsində deyib.
“Əgər Allah eləməsin, dəhşətli faciə baş versə, mən əldə etdiklərimdən daha yaxşı praktiki məşq təsəvvür edə bilmirəm”, - o vurğulayıb.
Vens əlavə edib ki, ABŞ vitse-prezidenti olduğu müddətdə o, “çox təcrübə qazanıb”.
Avqust ayında Tramp demişdi ki, ictimaiyyət onun üçüncü müddətə namizəd olmasını istəyir.
Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью