Vens Trampın Putinlə telefon danışığı olubolmayacağı sualına cavab verməyib

07.01.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Ceyms Devid Vens mətbuatın, Amerika lideri seçilən Donald Trampın Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığı etməyi planlaşdırıb-planlaşdırmadığı barədə sualına dəqiq cavab verməyib.

Bizimyol.info xəbər verir ki, o, ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatasının birgə iclasından sonra mətbuat kinfransında bu suala təbəssümlə cavab verib: "Rahat olun gənclər".

Qeyd edək ki, ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatasının birgə iclasında Trampın 2024-cü il noyabrın 5-də ölkədə keçirilən prezident seçkilərində qələbəsini təsdiqləyib.

Görüşdən dərhal sonra Vens bir neçə ABŞ qanunvericisi ilə foto çəkdirib. Onların arasında ABŞ Nümayəndələr Palatasının üzvü Marjorie Taylor-Grin (Corciya) də olub. O, əvvəllər Vansın özü kimi, demokrat Co Baydenin rəhbərlik etdiyi indiki Vaşinqton administrasiyasını Ukraynaya hərbi yardım ayırdığına görə dəfələrlə tənqid edib.

2024-cü il dekabrın 16-da Tramp Floridadakı Mar-a-Laqo malikanəsində keçirilən noyabr seçkilərində qalib gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında Ukraynadakı münaqişənin həllini təmin etmək üçün Putinlə əlaqə qurmaq niyyətində olduğunu söyləyib.

Dekabrın 19-da Putin birləşmiş birbaşa xətt və mətbuat konfransında Trampla istənilən vaxt danışmağa hazır olduğunu və onunla görüşməyə razı olduğunu bildirib. Rusiya prezidenti qeyd edib ki, Trampla nə vaxt görüşəcəyini bilmir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью