Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Ağ ev xarici qüvvələrin yerləşdirilməsi ilə bağlı İsrailə təzyiq etməyəcək.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-nın vitse-prezidenti J.D.Vens deyib.
J.D.Vens Birləşmiş Ştatların Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Jared Kuşnerin İsraildə keçirdikləri görüşlərdən də danışıb.
Türkiyənin Qəzzada atəşkəsin əldə edilməsində konstruktiv rolundan da söz açan Vens Qəzza zolağında ABŞ və İsrailin yaratdığı monitorinq mərkəzində konfransı keçirib. Qərb mətbuatını tənqid edən Vens deyib:
“Mətbuat hər pozuntunu atəşkəsin sona çatması kimi yazır. Proses irəliləyir, lakin bunun üçün vaxt lazımdır. Atəşkəs bitməyib. Bunun səbəbi hər iki tərəfin uzun müddətdir münaqişədə olmasıdır”.
ELÇİN