Vens Ukrayna ilə bağlı bu danışıqlarda Trampdan daha sərt mövqe tutub

07.03.2025

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın vitse-prezidenti Ceyms Vens Ukrayna ilə mineralların tədarükü üzrə anlaşmazlıqların aradan qaldırılması və razılaşmanın imzalanması ilə bağlı danışıqlarda Trampdan daha sərt mövqe tutub.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Bloomberg”in məqaləsində deyilir.

Məlumata görə, avropalı rəsmilər bildiriblər ki, Vens çox vaxt Trampdan daha sərt xətt aparıb.

Onun mövqeyi dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Uolts və Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə Kit Kelloq kimi rəsmilərin yanaşmasından fərqlənib. Onların daha mülayim mövqe tutduğu vurğulanır.

Bu danışıqlar ABŞ-ın Ukrayna ilə strateji resurslar üzrə əməkdaşlığını müəyyən edən mühüm mərhələlərdən biri hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью