Vens: Ukrayna məsələsində tezliklə xoş xəbər olacaq

05.12.2025

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Tezliklə Rusiya ilə Ukrayna müharibəsində ciddi irəliləyişin olacağı ilə bağlı yaxşı xəbərlər olacaq.

Ölkə.az-ın məlumatına görə, bunu vitse-prezident C.D. Vens  ABŞ-la Ukrayna arasında   növbəti danışıqlar raundunun yekunu barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna arasında sülhün əldə edilməsində finiş xəttinə çatmasaq da, ümidlər var. 

 "Düşünürəm ki, ümid var. Növbəti həftələrdə bu cəbhədə yaxşı xəbərlər olacaq",- Vens qeyd edib.

O əlavə edib ki, Rusiya-Ukrayna münasibətləri Ağ Ev üçün daimi məyusluq mənbəyi olub.

ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında Milad ağacının yandırılması mərasimində çıxışı zamanı Rusiya-Ukrayna müharibəsinə toxunaraq deyib ki, Ukraynadakı müharibə səbəbindən on minlərlə əsgər ölür və buna son qoyulmalıdır. O əlavə edib ki, ABŞ bu məsələ üzərində işləyir: "Biz bunu dayandırmalıyıq. Bunun üzərində çox işləyirik. Rusiya və Ukrayna arasında nizamlanmanın başqa variantını axtarırıq. İnanıram ki, biz son nəticədə buna nail olacağıq".

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью