Vens uran ehtiyatlarının məhvindən DANIŞDI

15.06.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Birləşmiş Ştatların İranla bu ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsini müzakirə etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti "CBS News" telekanalına verdiyi müsahibədə məlumat verib.

"Bu prosesdə müşahidəçi və ya daha aktiv rol oynamağımızdan asılı olmayaraq, biz zənginləşdirilmiş uranın ləğvi məsələsində MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) və İranla əməkdaşlıqdan danışırıq", — deyə Vitse-prezident vurğulayıb.

Xatırladaq ki, rəsmi Tehranın nüvə proqramı çərçivəsində əldə etdiyi zənginləşdirilmiş uran ehtiyatlarının beynəlxalq nəzarət altında zərərsizləşdirilməsi məsələsi son dövrlər Vaşinqton və müttəfiqlərinin əsas müzakirə mövzularından biridir.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью