Icma.az, Moderator.az saytına istinadən bildirir.
Vaşinqton administrasiyası Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) Bab əl-Məndəb boğazındakı strateji Perim adasını nəzarətə götürməsindən sonra onlarla birbaşa əlaqələr saxlayır.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Endryus" hərbi bazasında jurnalistlərə bildirib.
"Biz BƏƏ, Səudiyyə Ərəbistanı və regionda maraqlı olan digər tərəflərlə daim əlaqə saxlayırıq. ABŞ bu məsələyə xüsusi diqqət yetirir. Biz həmçinin husilərin özləri ilə də birbaşa dialoq qururuq. Buna görə də hesab edirik ki, vəziyyət çox sürətlə dəyişsə də, ona nəzarət edirik. Hadisələrin inkişafını bundan sonra da izləmək niyyətindəyik", - o qeyd edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Yəmən husiləri ABŞ tərəfi ilə əlaqə saxlayaraq Birləşmiş Ştatlarla müharibə etmək istəmədiklərini bildiriblər.
Yəməndə vəziyyət sentyabrın əvvəlində, husilərin ölkənin cənub-qərbində hücuma keçməsi ilə kəskin şəkildə gərginləşib. Eyni zamanda husilər raketlər və pilotsuz uçuş aparatları vasitəsilə Qırmızı dəniz və Bab əl-Məndəb boğazının sahil rayonlarına zərbələr endirməyə başlayıblar.