Icma.az bildirir, Axar.az portalına istinadən.
ABŞ-ın Respublikaçılar Partiyasından Ceyms Di Vens və Marko Rubio, demokratlardan isə Jon Ossoff və Pit Buttijig 2028-ci il prezident seçkilərində aparıcı potensial namizədlər kimi ortaya çıxıblar.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyinin sorğusunda göstərilir.
Respondentlərin 45%-i Rubionu "əla" namizəd adlandırıb, 43%-i isə Vensin ən yaxşı namizəd olduğunu bildirib. Demokratlar arasında Ossoff və Buttijig eyni reytinqlə 29% alıblar.
Sorğuda 1705 vətəndaş iştirak edib. Partiyalar hələ rəsmi olaraq prezidentlik kampaniyasına hazırlıqlara başlamayıblar və seçimlər dəyişə bilər.